AZƏRBAYCAN FOTOQRAFİYA FONDU

1 dekabr 2023-cü il tarixdə Azərbaycan Fotoqrafiya Federasiyasının Ümumi iclasının qərarı ilə Federasiyanın tərkibində bir neçə alttəşkilat, o cümlədən Azərbaycan Fotoqrafiya Fondu yaradılıb.

Fond tərəfindən Azərbaycanın tarixini, ictimai-siyasi həyatını, mədəniyyətini, təbiətini, idmanını özündə əks etdirən, tarixi əhəmiyyət kəsb edən fotoların toplanması, xarci ölkələrin muzeylərində saxlanılan fotoşəkillərin orijinalını və ya nüsxələrinin gətirilməsi, keyfiyyətli və təhlükəsiz şəkildə qorunması nəzərdə tutulur.

Fondda toplanan fotoşəkillər Federasiyanın və Gilavar Foto Klubu ictimai birliyinin büdcəsi ilə satın aldığı, klubun üzvləri, fotoqraf və fotosevərlər tərəfindən hədiyyə şəklində edilən fotolar hesabına formalaşır.