FOTOSƏRGİLƏR

Brüssel şəhərində «Düyməni sıxan ayaqlar» adlı fotosərgi

A+A-
Sıfırla

Oktyabrın 2-də Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycanın mina qurbanlarına dair açıq səma altında “Düyməni sıxan ayaqlar” adlı fotosərgi təşkil olunub.
Nümayiş olunan fotoşəkillər peşəkar fotoqraflar Famil Mahmudbəyli, Dilavər Nəcəfov, Yaqub Cəfərov və Rəşad Mehdiyev tərəfindən çəkilib.
Fotosərgilər “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu, “Fireland” Azərbaycanlılar Birliyinin tərəfdaşlığı ilə «Mina qurbanlarının Avropa fotosərgiləri» layihəsi çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, sərgilər “Təhlükənin kulMİNAsiya nöqtəsi” adlı fotolayihənin tərkib hissəsidir.

FacebookTwitterWhatsappTelegramEmail