AZƏRBAYCAN FOTOQRAFİYA MUZEYİ

1 dekabr 2023-cü il tarixdə Azərbaycan Fotoqrafiya Federasiyasının Ümumi iclasının qərarı ilə Federasiyanın tərkibində bir neçə alttəşkilat, o cümlədən Azərbaycan Fotoqrafiya Muzeyi yaradılıb.

Muzeydə adını Azərbaycan fotoqrafiya tarixinə yazdırmış və dünyasını dəyişmiş fotoqraflara aid şəxsi əşyalar, onların mükafatları, fotoqrafiyaya aid material və sənədlər, müxtəlif fotoavadanlıqlar qorunub saxlanılacaq və nümayiş etdiriləcək. Muzeyin eksponatları Federasiyanın və Gilavar Foto Klubu ictimai birliyinin büdcəsi ilə satın aldığı, klubun üzvləri, fotoqraf və fotosevərlər tərəfindən hədiyyə şəklində edilən vəsaitlər hesabına formalaşacaq.