AZƏRBAYCAN FOTOQRAFİYA FEDERASİYASI

Tarixi:

Azərbaycan Fotoqrafiya Federasiyası ölkədə fəaliyyət göstərən foto təşkilatları ətrafında toplayan, fotoqrafiyanın inkişafına dəstək verən ölkənin statuslu foto təşkilatıdır.

Azərbaycan Fotoqrafiya Federasiyası 2022-ci il dekabr ayının 1-də tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyevin təşəbbüsü ilə yaradılıb. 

Azərbaycan Fotoqrafiya Federasiyası 2023-cü ildə dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatı Beynəlxalq Foto Sənəti Federasiyasına üzv kimi qəbul edilib.

Məqsədi:

Azərbaycanda fotoqrafiyanın inkişafına töhfə vermək;

Ölkədə foto sahəsi üzrə fəaliyyət göstərən təşkilatları bir çətir altında toplamaq, onlara nəzarət funksiyasını həyata keçirmək;

Azərbaycan fotoqrafiyasına və fotoqraflarına bağlı olan tarixi fotoları, sənədləri, maddi əşyaları araşdırıb tapmaq, arxiv şəklində toplamaq;

İstedadlı fotoqrafları aşkara çıxarmaq, onlara dəstək vermək, foto sənəti üzrə təhsil almağa təşviq etmək;

Peşəkar fotojurnalistikanın inkişafına dəstək vermək;

Müxtəlif kurslar, seminarlar, görüşlər, forumlar, yerli və beynəlxalq səviyyəli foto müsabiqələr, foto sərgilər, təşkil etmək;

Fotoqrafiya sahəsinə aid kitablar, dərsliklər, fotokitablar və jurnallar hazırlanmaq və nəşr etdirmək;

Azərbaycan fotosunu dünyada, beynəlxalq təşkilatlarda, sərgi və müsabiqələrdə təmsil etmək;

Foto sənətinin inkişafına xidmət edəcək təşkilatlar yaratmaq:

 Azərbaycan Fotoqrafiya Akademiyası

Azərbaycan Fotoqrafiya Fondu

 Azərbaycan Fotoqrafiya Muzeyi

Azərbaycan Fotoqrafiya Kitabxanası

Azərbaycan Fotoqrafiya Qalası (Evi)

Azərbaycan Fotoqrafiya Könüllüləri

Azərbaycan Fotoqrafiya Günü