HAQQIMIZDA

Tarixi:

Gilavar Foto Klubu peşəkar fotoqrafları və fotojurnalistəri ətrafında toplayan, fotoqrafiyanın inkişafına dəstək verən ölkənin aparıcı foto təşkilatıdır.

Gilavar Foto Klubu 2017-ci il dekabr ayının 1-də tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyevin təşəbbüsü ilə yaradılıb. 17 yanvar 2022-ci ildə Gilavar Foto Klubu ictimai birliyi kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Gilavar Foto Klubu 2017-ci ildə dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatı Beynəlxalq Foto Sənəti Federasiyasına üzv kimi qəbul edilib. 2019-cu ildən bu təşkilatın Azərbaycan üzrə təmsilçisi statusunu əldə edib. 2021-ci ildən Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının üzvüdür.

Məqsədi:

Azərbaycanda fotoqrafiyanın inkişafına töhfə vermək;

Yaradıcı insanların imkanlarından istifadə etmək;

İstedadlı fotoqrafları üzə çıxarmaq;

Onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək;

Ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaq.

Hədəf istiqamətləri:

  • Yerli və beynəlxalq səviyyəli fotomüsabiqələr və fotosərgilər təşkil edir;
  • Foto sənəti ilə bağlı layihələr həyata keçirir, maarifləndirmə işləri aparır;
  • Fotoqrafların beynəlxalq müsabiqələrdə iştirakına, beynəlxalq fəxri adlar almasına və müsabiqələrdə münsif qismində çıxış etmələrinə dəstək verir;
  • Foto sənətinə diqqət və qayğının artırılmasına çalışır, hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatlarla əlaqələr qurur;
  • Azərbaycan foto sənətinin dünya foto sənəti sıralarına çıxarılması istiqamətində işlər aparır.

Gilavar — il ərzində Azərbaycan şərq ərazisində əsən isti cənub küləyinin adıdır. Abşeron yarımadasında əsən iki əsas küləkdən biridir. Əsasən yay ayları müşahidə edilir. Bununla belə ilin digər mövsümlərində müşahidəsi mümkündür.

Loqo — Gilavar Foto Klubunun loqosu dairəvi halqa yaradan beş rəngdən, mavi, qırmızı, yaşıl, qara və sarı rəngdən, ortasında dalğavari xətlərdən və gilavar yazısından ibarətdir. əbiətdə hər hansı bir rəngi yaratmaq üçün 3 əsas rəngi (göy, qırmızı, yaşıl)  qarışdırmaq kifayətdir. Mavi, qırmızı və yaşıl rənglər fotonun əsas rənglərini təşkil edir. Rənglərin sırası Azərbaycan bayrağının rənglərinə uyğun düzülüb. Qara və sarı rənglər isə poliqrafiyada rəngli çap üçün istifadə olunan rəngləri bildirir. Göy rəngli dalğavari xətlər dəniz dalğalarını və küləyi simvolizə edir. Bütün bunlar isə gilavar sözünün ilk hərfi olan G hərfini əmələ gətirir.