Gilavar Foto Klubu ictimai birliyinə üzvlüyə qəbul qaydaları:
Kimlər Birliyə üzvlüyə qəbul ola bilərlər?
18 yaşı tamam olmuş və foto sahəsində müəyyən təcrübəsi olan Azərbaycan Respublikasının vətəndaşları;
Peşəkar fotoqraflar və mediada çalışan fotomüxbirlər;
Beynəlxalq fotomüsabiqələrdə, fotosərgilərdə nailiyyətləri, beynəlxalq fəxri adları olan fotoqraflar;
Fotoqarafiya sahəsində uzun illər xidmətləri olmuş şəxslər;
Azərbaycan Fotoqrafiya Federasiyasının, Gilavar Foto klubu ictimai birliyinin, eləcə də foto sənətinin inkişafına dəstək verən jurnalistlər.
Birliyə üzlüyə qəbul üçün nələr lazımdır?
Birliyə üzvlüyə qəbul üçün ərizə;
Birliyə üzvlüyə qəbul anketi;
Üzvlüyə qəbul olmaqda məqsəd;
Şəxsiyyət vəsiqəsinin elektron surəti;
Ağ fonda olan keyfiyyətli elektron fotosu;
Foto sahəsində nailiyyətləri (sərgi, mükafat, diplom və sertifikatlar);
Sosial şəbələlərdəki hesabalarına, KİV-dəki xəbərlərə olan keçidlər;
Üzvlüyə qəbul təsdiq olarsa illik üzvlük haqqı.
Üzlüyə qəbul necə aparılır?
Birliyi üzvlüyə qəbul olmaq istəyən namizədlərin sənədləri toplanılır və Birliyin İdarə Heyətinin iclası zamanı müvafiq qərar verilir. İdarə Heyətinin üzvlərinin yarıdan çoxunun səsini toplayan nazmizədlər Birliyə üzvlüyə qəbul edilir. Birliyin İdarə Heyətinin yekun qərarı ictimaiyyətə açıqlanır və bütün namizədlərə elektron poçt vasitəsilə məlumat verilir.
Birliyə qəbul edilən yeni üzvlər beynəlxalq standartlara cavab verən, NFC və QR kodu dəstəkləyən üzvlük vəsiqələri ilə təmin olunurlar. Bütün üzvlər haqqında məlumatlar Birliyin veb saytına yerləşdirlir. Gilavar Foto Klubu ictimai birliyin üzvlərinin hüquqları Birliyin Nizamnaməsi və Əsasnaməsi əsasında həyata keçirilir.
Birliyə üzvlüyə qəbul ərizə və anket forması yüklənilməli, bütün bölmələr doldurulmalı və digər sənədlərlə birgə gilavar.net@gmail.com elektron poçt ünvanına göndərilməlidir.