SƏRGİLƏR

Qlobal Cənub QHT Platformasında «Düyməni sıxan ayaqlar» adlı fotosərgi

A+A-
Sıfırla

28-29 aprel tarixlərində Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu keçirilib. Forumda 116 ölkədən olan QHT rəhbərləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib.

Forum çərçivəsində “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən mina qurbanlarına həsr olunan “Düyməni sıxan ayaqlar” adlı fotosərgi təşkil edilib. Qonaqlara sərgi və Azərbaycanda mina terroru haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, sərgi 2024-cü ilin oktyabr ayında Çexiyanın paytaxtı Praqa şəhərində, noyabr ayında isə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Yaşıl Zonada nümayiş olunub.

FacebookTwitterWhatsappTelegramEmail