HESABATLAR

2020-ci il üzrə hesabat

A+A-
Sıfırla
  • Pandemiya dövründə açıq hava məkanında FOTO KADR 2019 adlı təqdimat və mükafatlandırma mərasimi təşkil edilib..
  • Gilavar Foto Klubunun üzvləri Rəşad Mehdiyev və Kərim Abbasov Mədəniyyət TV-də canlı yayımlanan “Səhər çağı”, İlqar Cəfərov İctimai TV-də canlı yayımlanan “Sabahın xeyir, Azərbaycan!” proqramının qonağı olub.
  • Klubun sədri Rəşad Mehdiyev AZTV, İctimai TV və CBC TV-yə müsahibələr verib.
  • Azerbaijan Photo Salon 2020 və Baku 2020 beynəlxalq fotomüsabiqələri keçirilib.
  • Azərbaycan Fotoqraflar Birliyi tərəfindən Gilavar Foto Klubuna “İlin fotoqrafı 2019” Xatirə Diplomu, klubun 3 üzvünə – Rəşad Mehdiyev, Rüstəm Məhərrəmov və Orxan Əzimova “İlin fotoqrafı 2019” mükafatları təqdim edilib.
  • Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə “Formula 1 Azərbaycan Qran Prisinin 5 illiyi” münasibəti ilə fotosərgi təşkil edilib.
  • Mədəniyyət Nazirliyinin “Mədəniyyət/Culture” jurnalı ilə birgə “Həmkarlarımız” adlı layihə həyata keçirilib.
  • “Koronavirus” və  “Koronavirus 2” adlı virtual fotosərgilər yaradılıb.
  • Fotoqraflar İlqar Cəfərov, Dilavər Nəcəfov və Kərim Abbasov beynəlxalq fotomüsabiqələrə münsif kimi cəlb edilib.
  • Klubun sədri Rəşad Mehdiyev FIAP təşkilatının onlayn mükafatlandırma mərasimində iştirak edib.
  • FIAP təşkilatının rüblük bületenində “Koronavirus” sərgisi haqqında məqalə dərc edilib.
  • 5 fotoqraf FIAP dərəcələrini əldə edib – Rəşad Mehdiyev (EFIAP), İlqar Cəfərov (EFIAP/b), Nurlan Tahirli (AFIAP), Valeriy Xlızov (AFIAP) və Aleksandr Firstov (AFIAP).
  • 20th FIAP Nature Biennial – Russia 2020 müsabiqəsində ölkəmizi təmsil edən Gilavar Foto Klubu 28-ci və 28-ci yerlərə layiq görülüb.
  • 15th FIAP World Cup for Clubs müsabiqəsində ölkəmizi təmsil edən Gilavar Foto Klubu 214 klub arasında 71-ci yerə layiq görülüb.
  • Türkiyənin Sille Sanat Sarayı fotoklubu tərəfindən keçirilən 7th ILFIAP Clubs 2020 virtual fotosərgisinə 10 fotoqrafın fotoları təqdim olunub və Gilavar Foto Klubuna sərgidə iştirakına görə Sertifikat təqdim edilib.
  • Klub tərəfindən təşkil olunan beynəlxalq fotomüsabiqələrdə 10 fotoqraf 16 mükafat qazanıb.
  • Klubun sədri Rəşad Mehdiyev FIAP Baş Assambleyasının Zoom platforma üzərində keçirilən iclasında iştirak edilib.
  • Klubun sədri Rəşad Mehdiyev ilə FIAP təşkilatının prezidenti Riccardo Busi ilə Zoom platforması üzərində görüş keçirilib.
  • İl ərzində 12 press reliz hazırlanıb və KİV-də yayımlanıb.
FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR XƏBƏRLƏR

MƏLUMAT