HESABATLAR

2021-ci il üzrə hesabat

A+A-
Sıfırla
  • FOTO KADR 2020 adlı tədbir təqdimat və mükafatlandırma mərasimi təşkil edilib.
  • Gilavar Foto Klubunun üzvləri Rəşad Mehdiyev və Tofiq Babayev, Nurlan Tahirli və Məhərrəm Məcidov Mədəniyyət TV-də canlı yayımlanan “Səhər çağı” proqramının qonağı olublar.
  • Klubun sədri Rəşad Mehdiyev İctimai TV, CBC TV və Xəzər TV-yə müsahibələr verib.
  • The Vedic Circuit 2021, Azerbaijan Photo Salon 2021, Baku 2021 beynəlxalq fotomüsabiqələri keçirilib.
  • Azərbaycan Press Foto 2020 adlı yerli fotomüsabiqə keçirilib.
  • Azərişıq ASC ilə birgə İşıqlı Azərbaycan fotolarda fotomüsabiqəsi keçirilib.
  • 29th FIAP Colour Biennial – France 2021 müsabiqəsində ölkəmizi təmsil edən Gilavar Foto Klubu 6-cı və 14-cü yerlərə layiq görülüb, FIAP honorable mention fəxri lenti qazanılıb.
  • 40th FIAP Youth Digit Biennial – Belgium 2021 müsabiqəsində ölkəmizi təmsil edən Gilavar Foto Klubu 11-ci yerə layiq görülüb.
  • Sinqapurda keçirilən Asia Photo Festival 2021 fotosərgisinə 32 fotoqrafın fotoları təqdim olunub.
  • Türkiyənin Sille Sanat Sarayı fotoklubu tərəfindən keçirilən 8th ILFIAP Clubs 2021 virtual fotosərgisinə 10 fotoqrafın fotoları təqdim olunub və Gilavar Foto Klubuna sərgidə iştirakına görə Sertifikat təqdim edilib.
  • Vətən müharibəsini işıqlandıran və düyüşlərdə iştirak edən KİV nümayəndələri haqqında “Müharibənin acısını çəkənlər” adlı layihə həyata keçirilib.
  • Gilavar Foto Klubunun təşəbbüsü ilə Zəfər günündə Qarabağ Dirçəliş Fonduna azərbaycanlı fotoqraflar adından ianə edilib.
  • Fotoqraflar Kərim Abbasov, Aleksandr Firstov və Nurlan Tahirli beynəlxalq fotomüsabiqələrə münsif kimi cəlb edilib.
  • Gilavar Foto Klubunun təsisçiləri Rəşad Mehdiyev və Dilavər Nəcəfova “Azərişıq” ASC tərəfindən diplomlar təqdim edilib.
  • Klubun sədri Rəşad Mehdiyevə ASAN Könüllüləri Təşkilatı tərəfindən “FotoMən 3” layihəsində təlimçi fəaliyyətinə görə təşəkkürnamə təqdim edilib.
  • Medianın İnkişafı Agentliyinin dəvəti ilə Jurnalistlərin binasının parkında ağacəkmə aksiyasında iştirak edilib.
  • Medianın İnkişafı Agentliyinin yeni ofisində Gilavar Foto Klubunun üzvləri ilə görüş keçirilib.
  • Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının görüşü keçirilib.
  • NETTY 2021 Milli İnternet Mükafatında Youtube kanalı Nominant Diplomuna layiq görülüb.
  • 4 fotoqraf FIAP dərəcələrini əldə edib – Fərqanə Qasımlı (AFIAP), Valeriy Xlızov (EFIAP) və Aleksandr Firstov (EFIAP), İlqar Cəfərov (EFIAP/s).
  • Klub tərəfindən təşkil olunan beynəlxalq fotomüsabiqələrdə 9 fotoqraf 20 mükafat qazanıb.
  • İl ərzində 9 press reliz hazırlanıb və KİV-də yayımlanıb.
FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR XƏBƏRLƏR

MƏLUMAT