HESABATLAR

2022-ci il üzrə hesabat

A+A-
Sıfırla
  • Gilavar Foto Klubu ictimai birliyi Ədliyyə Nazrliyində dövlət qeydiyyatına alınıb.
  • Birliyin İdarə Heyətinə, Katibliyinə və Nəzarət-Təftiş Komissiyasına üzvlər seçilib, Birliyinin strukturu təsdiqlənib.
  • FOTO KADR 2021 adlı tədbir təqdimat və mükafatlandırma mərasimi təşkil edilib.
  • Fotoqrafların ad günləri ilə bağlı “Fotoqrafın doğum günü” layihəsi həyata keçirilib.
  • Vətən müharibəsini işıqlandıran və düyüşlərdə iştirak edən KİV nümayəndələri haqqında “44 günün mediası rəqəmlərdə” layihəsi həyata keçirilib.
  • Azərbaycan Yaradıcı Sənayelər Federasiyasına üzvlüyə qəbul olunub.
  • Azerbaijan Photo Salon 2022, Baku 2022 beynəlxalq fotomüsabiqələri keçirilib.
  • Azərbaycan Press Foto 2021 adlı yerli fotomüsabiqə keçirilib.
  • 35th Black White Biennial – Oman 2022 müsabiqəsində ölkəmizi təmsil edən Gilavar Foto Klubu 19-cu yerə layiq görülüb.
  • 3 fotoqraf Hindistanın GNG fotoklubunun “Fəxri üzv” sertifikatlarını əldə edib – Allahkərim Abbasov, Nurlan Tahirli və Aleksandr Firstov (Honorary Fellowship GNG).
  • 3 fotoqraf Sinqapurun Asiya Fotoqraflar Birliyinin üzvlük vəsiqələrini və fəxri dərəcələrini əldə edib – Allahkərim Abbasov (BAPU), Aleksandr Firstov (GAPU) və Rəşad Mehdiyev (GAPU).
  • 4 fotoqraf FIAP dərəcələrini əldə edib – Allahkərim Abasov (EFIAP), Nurlan Tahirli (EFIAP), Valeriy Xlızov (EFIAP/b), İlqar Cəfərov (EFIAP/g).
  • 7 fotoqraf Türkiyənin Sille Sanat Sarayı fotoklubunun dərəcələrini əldə edib – Allahkərim Abasov, Rəşad Mehdiyev, Nurlan Tahirli, Teymur Məmmədov, Aleksandr Firstov, Dilavər Nəcəfov, Nadejda Cavadova (SSS/Air).
  • 1 fotoqraf Türkiyənin Sille Sanat Sarayı fotoklubunun üzvü olub – Ruslan Hacızadə.
  • Gilavar Foto Klubunun üzvləri Kərim Abbasov AZTV-də canlı yayımlanan “Gün başladı”, Rəşad Mehdiyev və Nurlan Tahirli Mədəniyyət TV-də canlı yayımlanan “Səhər çağı” proqramının qonağı olublar.
  • Gilavar Foto Klubunun üzvləri Rəşad Mehdiyev, Dilavər Nəcəfov və Teymur Məmmədov CBC TV-yə müsahibə verib.
  • Türkiyənin Sille Sanat Sarayının rəhbəri Reha Bilir ilə Konya şəhərində görüş keçirilib və klub adından xatirə hədiyyəsi təqdim olunub.
  • Türkiyənin Sille Sanat Sarayı tərəfindən təşkil olunan “Eye of the World Turkey 2022” virtual fotosərgisinə 36 fotoqrafın fotoları təqdim olunub və diplomlar əldə edilib.
  • Sinqapurda keçirilən Asia Photo Festival 2022 fotosərgisinə 26 fotoqrafın fotoları təqdim olunub.
  • Klub tərəfindən təşkil olunan beynəlxalq fotomüsabiqələrdə 12 fotoqraf 20 mükafat qazanıb.
  • İl ərzində 7 press reliz hazırlanıb və KİV-də yayımlanıb.
FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR XƏBƏRLƏR

MƏLUMAT