HESABATLAR

2023-cü il üzrə hesabat

A+A-
Sıfırla
  • Gilavar Foto Klubunun yaranmasının 5 illiyi ilə əlaqədar FOTO KADR 2020 adlı tədbir təqdimat və mükafatlandırma mərasimi təşkil edilib.
  • Gilavar Foto Klubunun üzvləri Rəşad Mehdiyev və Ruslan Hacızadə Mədəniyyət TV-də canlı yayımlanan “Səhər çağı”, Rəşad Mehdiyev CBC FM-də canlı yayımlanan “Səhər saatı” proqramının qonağı olub.
  • Klubun üzvü Dilavər Nəcəfov CBC Sport-a müsahibə verib.
  • Gilavar Foto Klubunun təşəbbüsü ilə Türkiyədə baş vermiş zəlzələ ilə bağlı azərbaycanlı fotoqraflar adından AFAD-a ianə edilib.
  • Azerbaijan Photo Salon 2023, Baku 2023 beynəlxalq fotomüsabiqələri keçirilib.
  • Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ASC ilə birgə “Xəzərim” adlı fotomüsabiqə təşkil edilib.
  • 30th FIAP Colour Biennial – Greece 2023 müsabiqəsində ölkəmizi təmsil edən Gilavar Foto Klubu 11-ci və 17-ci yerlərə layiq görülüb.
  • 18th FIAP World Cup for Clubs müsabiqəsində ölkəmizi təmsil edən Azərbaycan Fotoqrafiya Federasiyası 226 klub arasında 21-ci yerə layiq görülüb.
  • Sinqapurda keçirilən Asia Photo Festival 2023 dünya foto klubları rəhbərlərinin fotosərgisinə Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubunun rəhbərlərinin fotoları təqdim olunub.
  • Türkiyədə  keçirilən 1st Edremit Photography Festival 2023 virtual fotosərgisinə 36 fotoqrafın fotoları təqdim olunub.
  • Türkiyənin Sille Sanat Sarayı fotoklubu tərəfindən keçirilən 10th ILFIAP Clubs 2023 virtual fotosərgisinə 10 fotoqrafın fotoları təqdim olunub.
  • Asia Photo Cup 2023 beynəlxalq foto müsabiqəsində 13 fotoqraf iştirak edib.
  • Gilavar Foto Klubuna ardıcıl 5 il müddətində Azerbaijan Photo Salon adlı fbeynəlxalq fotomüsabiqələrin təşkilinə görə Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) tərəfindən Bürünc Plaket təqdim olunub.
  • 5 fotoqraf FIAP dərəcələrini əldə edib – Ruslan Hacızadə (AFIAP), Aleksandr Firstov və Nadejda Cavadova (EFIAP/b), Valeriy Xlızov (EFIAP/s), İlqar Cəfərov (EFIAP/p).
  • 7 fotoqraf Türkiyənin Sille Sanat Sarayı fotoklubunun dərəcələrini əldə edib – Ruslan Hacızadə (SSS/Air), Allahkərim Abasov, Rəşad Mehdiyev, Nurlan Tahirli, Teymur Məmmədov, Aleksandr Firstov, Nadejda Cavadova (SSS/Water).
  • ANAMA ilə birgə fotomüxbirlər üçün mina təhlükəsi ilə bağlı “addıMINA fikir ver!” layihəsi həyata keçirilib.
  • Yeni Klinika ilə birgə fotoqraflar üçün “Səhhətə diqqət, çək” layihəsi həyata keçirilib.
  • Şuşada keçirilən Qlobal Media Forum çərçivəsində tanınmış rusiyalı fotojurnalist Sergey Kivrin tərəfindən gənc fotoqraflar üçün master klass təşkil edilib.
  • Qeyri-Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailədə qadın və kişi hüquqlarının bərabərliyi” qrant layihəsi həyata keçirilib.
  • “Ailədə qadın və kişi hüquqlarının bərabərliyi” layihəsi çərçivəsində “Bərabərlik” adlı qısametrajlı film çəkilib.
  • “Bərabərlik” adlı qısametrajlı filminin təqdimat mərasimi keçirilib.
  • Gilavar Foto Klubunun 5 illiyi ilə münasibəti ilə beynəlxalq fotomüsabiqələrdə mükafat almış fotolardan ibarət sərgi təşkil edilib.
  • “Bərabərlik” qısametrajlı filminin kadrarxası məqamları ilə bağlı fotosərgi təşkil edilib.
  • Şuşa Qlobal Media Forumu çərçivəsində Vətən müharibəsi və sonrakı dövrlərə aid azərbaycanlı fotoqrafların fotolarından ibarət fotosərgi təşkil olunub.
  • “Xəzərim” fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və fotosərgi təşkil olunub.
  • Türkiyə Xəbər Operatorları Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində “27-ci ZOOM Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsi”ndə media dəstəkçisi kimi çıxış edilib.
  • NETTY Azərbaycan Milli İnternet Mükafatı ilə tərəfdaşlıq çərçivəsində “NETTY 2023” media dəstəkçisi kimi çıxış edilib.
  • Boccia İdman Federasiyası ilə tərəfdaşlıq çərçivəsində “2023 SENİ CUP Azərbaycan Çempionatı”nda media dəstəkçisi kimi çıxış edilib.
  • Gilavar Foto Klubuna Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyası tərəfindən 5 illik yubiley münasibəti ilə Xatirə Diplomları təqdim edilib.
  • Klubun üzvləri Rəşad Mehdiyev və Elnur Abbasov Moskvada TASS Agentliyin foto təlimində iştirak ediblər.
  • Klubun sədri Rəşad Mehdiyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “Layihələrin idarə edilməsinin əsasları” kursunda iştirak edib.
  • Fotoqraflar Rəşad Mehdiyev, Kərim Abbasov və Aleksandr Firstov beynəlxalq fotomüsabiqələrə münsif kimi cəlb edilib.
  • Klubun üzvləri Rəşad Mehdiyev və Kelvin Qasımov Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsində mentor kimi çıxış ediblər.
  • Klubun sədri Rəşad Mehdiyev Mədəniyyət Nazirliyinin Uşaq Yaradıcılıq Festivalında münsif kimi çıxış edib.
  • Klubun sədri Rəşad Mehdiyev Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) Azərbaycan üzrə nümayəndəsi kimi təsdiqlənib.
  • Klubun sədri Rəşad Mehdiyev Energeritika Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib.
  • İl ərzində 12 press reliz hazırlanıb və KİV-də yayımlanıb.
FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR XƏBƏRLƏR

MƏLUMAT