FOTOXƏBƏRLƏR

Ağcabədidə “Məktəbin bir günü” adlı fotomüsabiqə keçirilib

A+A-
Sıfırla

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) Ağcabədi Rayon Komitəsi tərəfindən “Məktəbin bir günü” adlı fotomüsabiqə keçirilib.

Müsabiqədə rayonun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının sədrləri fəallıqla iştirak ediblər. İştirakçılar məktəblərin gündəlik həyatını, tədris prosesini, müəllim və şagirdlərin fəaliyyətini əks etdirən maraqlı və keyfiyyətli fotolar təqdim ediblər.

Fotomüsabiqənin əsas məqsədi məktəb həyatının rəngarəngliyini, təhsil işçilərinin gündəlik fəaliyyətini, kollektivlər arasında həmrəyliyi və təhsil müəssisələrində formalaşan sağlam mühiti fotoşəkillər vasitəsilə ictimaiyyətə çatdırmaq olub.

Təqdim olunan fotoların qiymətləndirilməsi və iştirakçıların fəallığı nəzərə alınaraq müsabiqə üzrə üç qalib müəyyən edilib.

Birinci yerə Ağcabədi rayon M.Həsənov adına Rəncbərlər kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı təşkilatının sədri Aygün Şükürova layiq görülüb.

İkinci yeri Ağcabədi rayon Vaqif Cəfərov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı təşkilatının sədri Sahibə Vəliyeva tutub.

Üçüncü yer isə Ağcabədi rayon Akif Sultanov adına Kürdlər kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı təşkilatının sədri Humay Həmidovaya verilib.

FacebookTwitterWhatsappTelegramEmail