MÜSABİQƏLƏR

Autumn Circuit 2018

A+A-
Sıfırla

Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazəsi ilə 3 ölkədə –   Azərbaycan, Monteneqro və Makedoniyada dairəvi sistem üzrə keçirilən AUTUMN CIRCUIT 2018 adlı fotomüsabiqəyə 53 ölkədən 273 fotoqraf 3 min 463 foto təqdim edib. Sərbəst rəngli və sərbəst ağ-qara, insanlar və təbiət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya, Makedoniya və Monteneqrodan olan 9 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. 

Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 507 mükafata 46 ölkənin 200 fotoqrafı, o cümlədən Azərbaycandan olan fotoqraflar Dilavər Nəcəfov, Kərim Abbasov, Orxan Əzimov, Ramil Zeynalov, Rüstəm Məhərrəmov, Şahin Sərdarov və Kelvin Qasımov layiq görülüb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 20 mükafat əldə olunub.

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR XƏBƏRLƏR

MƏLUMAT