MÜSABİQƏLƏR

Azərbaycan Press Foto 2021

A+A-
Sıfırla

İkinci dəfə keçirilən “Azərbaycan Press Foto 2021” adlanan müsabiqəyə 2021-ci il ərzində çəkilmiş fotolar qəbul olunub. Fotoqrafların işləri Misir, Hindistan və Banqladeşdən olan peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Xəbər fotosu mövzusu üzrə Əziz Kərimov 1-ci yer, Famil Mahmudbəyli 2-ci yer, Aydın Məmmədov 3-cü yer, Xəbər fotosu seriya mövzusunda Teymur Məmmədov 1-ci yer, Famil Mahmudbəyli 2-ci yer, Rəsul Rəhimov 3-cü yer, Portret mövzusunda Nadejda Cavadova 1-ci yer, Famil Mahmudbəyli 2-ci yer, Zamin Cəfərov, 3-cü yer, Gündəlik həyat mövzusunda Aleksandr Firstov 1-ci yer, Nurlan Tahirli 2-ci yer, Nadejda Cavadova 3-cü yer, Təbiət mövzusu üzrə Aydın Məmmədov 1-ci yer, Teymur Məmmədov 2-ci yer, Nadejda Cavadova 3-cü yer, İdman mövzusu üzrə isə Valeriy Xlızov 1-ci yer, Nadejda Cavadova 2-ci yer, Nurlan Tahirli 3-cü yerə layiq görülüb.

Qalib gələn fotolar arasından fotojurnalist Əziz Kərimovun helikopter qəzasında həlak olan hərbiçilərlə vida mərasimi zamanı çəkdiyi foto “İlin Press Fotosu” seçilib.

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR XƏBƏRLƏR

MƏLUMAT