MÜSABİQƏLƏR

Azerbaijan Photo Salon 2022

A+A-
Sıfırla

Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası, Amerika Fotoqraflar Cəmiyyəti, Qlobal Fotoqraflar Birliyi və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatının xüsusi icazələri ilə ardıcıl beşinci dəfə keçirilən Azerbaijan Photo Salon 2022 adlı beynəlxalq fotomüsabiqəyə  dünyanın 64 ölkəsindən 382 fotoqraf tərəfindən 5 min 446 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səhayət mövzuları üzrə təqdim olunan fotolar Türkiyə, Kipr və Banqladeşdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 245 mükafata 43 ölkənin 166 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaşxılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan fotoqraflar Roman İsmayılov və Elxan Qəniyev qızıl medal, Kərim Abbasov iki fəxri lent, Famil Mahmudbəyli fəxri lent, Teymur Məmmədov, Valeriy Xlızov və Ruslan Hacızadə isə diplom qazanıb. Nəticədə azərbaycanlı fotoqraflar tərəfindən toplam 8 mükafat əldə olunub.

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR XƏBƏRLƏR

MƏLUMAT