MÜSABİQƏLƏR

Azerbaijan Photo Salon 2023

A+A-
Sıfırla

Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası, Amerika Fotoqraflar Cəmiyyəti, Qlobal Fotoqraflar Birliyi və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatının xüsusi icazələri ilə ardıcıl altıncı dəfə keçirilən Azerbaijan Photo Salon 2023 adlı beynəlxalq fotomüsabiqəyə dünyanın 62 ölkəsindən 337 fotoqraf tərəfindən 4 min 779 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səhayət mövzuları üzrə təqdim olunan fotolar İtaliya və Misirdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 245 mükafata 43 ölkənin 166 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaşxılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan 8 fotoqrafımız müsabiqədə seçiliblər. Onlardan Famil Mahmudbəli qızıl medal və fəxri lent, Kərim Abbasov bir gümüş, bir bürünc medal və fəxri lent, Teymur Məmmədov iki fəxri lent, Dilavər Nəcəfov, Nurlan Tahirli,  Nadejda Cavadova, Vüqar İbadov və Tofiq Babayev bir fəxri lent qazanıb. Nəticədə həmyerlilərimiz tərəfindən 3-ü medal olmaqla toplam 12 mükafat əldə olunub.

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR XƏBƏRLƏR

MƏLUMAT