62
Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinın (PSA) xüsusi icazə ilə keçirilən BAKU 2018 adlı fotomüsabiqəyə 56 ölkədən 329 fotoqraf 5 min 741 foto təqdim edib. Sərbəst rəngli və sərbəst ağ-qara, insanlar, səhayət və təbiət mövzuları üzrə təqdim olunan fotolar 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Ümumilikdə beş nominasiya üzrə təqdim olunan 216 mükafata 51 ölkənin 151 fotoqrafı, o cümlədən Azərbaycandan olan fotoqraflar Kərim Abbasov, Orxan Əzimov, Ramil Zeynalov və Nadejda Cavadova layiq görülüb.