MÜSABİQƏLƏR

Baku 2020

A+A-
Sıfırla

Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazələri ilə keçirilən Baku 2020 adlı beynəlxalq fotomüsabiqəyə dünyanın 64 ölkəsindən 342 fotoqraf tərəfindən 5140 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səhayət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan və Misirdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 161 mükafata 39 ölkənin 121 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaşxılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan fotoqraflar Ramil Zeynalov bürünc medal və fəxri lent, Roman İsmayılov gümüş medal, Nurlan Tahirli iki fəxri lent, Aleksandr Firstov xüsusi lent, Valeriy Xlızov, Rüstəm Məhərrəmov, Zaur Mustafayev və Kelvin Qasımov isə diplom qazanıb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 10 mükafat əldə olunub.

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR XƏBƏRLƏR

MƏLUMAT