MÜSABİQƏLƏR

Baku 2022

A+A-
Sıfırla

Baku 2022 adlı beynəlxalq fotomüsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası, Amerika Fotoqraflar Cəmiyyəti və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatının xüsusi icazələri ilə keçirilib. Müsabiqəyə dünyanın 62 ölkəsindən 370 fotoqraf tərəfindən 5 min 520 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səhayət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya və Banqladeşdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 133 mükafata 44 ölkənin 100 fotoqrafı layiq görülüb. Azərbaycandan olan fotoqraflar Dilavər Nəcəfov bir qızıl medal və diplom, Valeriy Xlızov qızıl medal, Nadejda Cavadova bir gümüş medal və bir fəxri lent, Orxan Əzimov bir gümüş və bir bürünc medal, Nurlan Tahirli bir gümüş medal və bir fəxri lent, Teymur Məmmədov iki fəxri lent, Aleksandr Firstov fəxri lent qazanıb. Nəticədə azərbaycanlı fotoqraflar tərəfindən 6-sı medal olmaqla ümumilikdə 12 mükafat əldə olunub.

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR XƏBƏRLƏR

MƏLUMAT