MÜSABİQƏLƏR

Baku 2023

A+A-
Sıfırla

Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası, Amerika Fotoqraflar Cəmiyyəti, Qlobal Fotoqraflar Birliyi və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatının xüsusi icazələri ilə ardıcıl beşinci dəfə keçirilən Baku 2023 adlı beynəlxalq fotomüsabiqəyə dünyanın 58 ölkəsindən 304 fotoqraf tərəfindən 4 min 435 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səhayət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Türkiyə, Polşa və Serbiyadan olan 4 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Bu dəfə 6 fotoqrafımız müsabiqədə fərqlənib. Onlardan, Nurlan Tahirli bir qızıl medal və bir diplom, Valeriy Xlızov iki bürünc medal və bir fəxri lent, Kərim Abbasov iki fəxri lent, Teymur Məmmədov, Nadejda Cavadova və Ruslan Hacızadə bir fəxri lent qazanıb. Nəticədə həmyerlilərimiz tərəfindən 3-ü medal olmaqla toplam 10 mükafat əldə olunub.

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR XƏBƏRLƏR

MƏLUMAT