Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi çərçivəsində çəkilən şəkillərin ilk sərgisi Bakıda keçiriləcək.
Bunu Adıyaman rayon mədəniyyət və turizm müdiri Abuzer Gelse Zirvənin bağlanış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, buna səbəb Azərbaycanla olan yaxın və sarsılmaz bağlardır: “Bu tarixi bir zirvədir və ona yaraşan bir sərginin keçiriləcəyinə inanırıq”.
A. Gelse həmçinin əlavə edib ki, Zirvə çərçivəsində çəkilən fotoların PDF kitabçası hazırlanacaq: “Bununla da Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsinin kiçik tarixçəsi yaddaşlara həkk etmək imkanı əldə edəcəyik”.
Xatırladaq ki, Birinci Beynəlxalq Kommagene Fotoqrafiya Zirvəsi 25-28 aprel tarixlərində Türkiyənin Adıyaman şəhərində həyata keçirilib.
Mənbə: REPORT