XƏBƏRLƏR

BMT-nin Cenevrə ofisində Azərbaycanın mina problemi ilə bağlı yan tədbir təşkil olunub

A+A-
Sıfırla

Oktyabrın 31-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) 2024-cü il Sosial Forumu çərçivəsində “İnkişaf naminə minalardan təmizləmə” adlı yan tədbir keçirilib.

40-dan çox beynəlxalq təşkilat və hökumət nümayəndəsinin qatıldığı tədbirdə minaların və Müharibənin Partlamamış Qalıqlarının (MPQ) səbəb olduğu qlobal böhranın həlli üzrə məsələlər, mina probleminin 18-ci DİM kimi qəbul edilməsi təşəbbüsü və minaların insan hüquqlarına və insanların sosial-iqtisadi həyatına təsiri kimi məsələlər müzakirə olunub.

BAMF prezidenti Umud Mirzəyev müzakirələr zamanı səsləndirilən fikirlərin faktlara əsaslandığını və reallıqları əks etdirdiyini əyani sübutla nümayiş etdirərək erməni diplomatın layiqli cavabını verib. Umud Mirzəyev minadan zərərçəkən şəxslərin fotoları olan portretləri göstərərək onların Ermənistanın basdırdığı minaların qurbanı olduğunu və öz yaşadığı evin də Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdıldığını, xüsusilə, qeyd edib.

Nümayiş olunan fotoşəkillər “Gilavar Foto Klubu” ictimai birliyinin “Təhlükənin kulMİNAsiya nöqtəsi” çərçivəsində çəkilən minadan zərərçəkən şəxslərin fotolarıdır. Layihənin başa çatmasından sonra həmin fotolar gələcəkdə də istifadə olunması, beynəlxalq tədbir və konfranslarda nümayiş etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) hədiyyə olunub.

Qeyd edək ki, bu yan tədbir BAMF-in Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi «Minasız dünya təşəbbüsü — BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi» adlı layihə çərçivəsində baş tutub.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT