FOTOXƏBƏRLƏR

Daşkənddə Zəfər Gününə həsr olunmuş fotosərgi nümayiş etdirilib

A+A-
Sıfırla

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən rəsmi qəbul çərçivəsində ölkəmizin tarixi Qələbəsini və qəhrəmanlıq salnaməsini əks etdirən “Şanlı tariximizin 44 günü” adlı fotosərgi təşkil olunub.

Fotosərgidə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad edilməsini və tarixi Qələbəmizin unudulmaz anlarını əks etdirən fotoşəkillər nümayiş olunub.

Təqdim olunan fotomateriallar tədbirdə iştirak edən dövlət və ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

FacebookTwitterWhatsappTelegramEmail