Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Gilavar Foto Klubu ilə birgə Formula 1 Azərbaycan Qran Prisinin 5 illiyi münasibətilə keçirdiyi fotomüsabiqədə iştirakçılar “trekdə” və “trekdən kənarda” mövzuları üzrə yarışıblar. “Trekdə” mövzusunda 1-ciliyi AZƏRTAC-ın fotoqrafı Roman İsmayılov ilə “Sputnik Azərbaycan”-ın nümayəndəsi Murad Orucov bölüşüblər. Bu mövzuda ikincilik və üçüncülüyə müvafiq olaraq “Anadolu” xəbər agentliyinin nümayəndəsi Rəsul Rəhimov iləmüstəqil fotoqraf Vəli Şükürov yiyələniblər. “Trekdən kənarda” mövzusunun ən yaxşıları adına isə müvafiq olaraq Roman İsmayılov və müstəqil fotoqraflar Nurlan Tahirli ilə Xaliq Əliyev nail olublar. Multimedia müsabiqəsinin hər bir kateqoriyası üzrə ən yaxşı nəticə göstərmiş qaliblər əməliyyat şirkəti hesabına bu il İspaniya Qran Prisinə səfər edəcəklər.
81