Warning: Undefined array key "header_data" in /home/u708019738/domains/gilavar.az/public_html/wp-content/themes/soledad/inc/builder/elements/pb_mobile_menu/front-end.php on line 2

Warning: Undefined array key "header_data" in /home/u708019738/domains/gilavar.az/public_html/wp-content/themes/soledad/inc/builder/elements/pb_logo_mobile/front-end.php on line 2
XƏBƏRLƏR

Gilavar Foto Klubu ictimai birliyi böyük qrant müsabiqəsinin qalibi oldu

A+A-
Sıfırla

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri elan olunub. Hər üç qrant müsabiqəsi üzrə ümumilikdə 407 qeyri-hökumət təşkilatı qalib olub.

“Gilavar Foto Klubu” ictimai birliyinin “İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə” mövzusu üzrə təqdim etdiyi “Mina qurbanlarının Avropa fotosərgiləri” layihəsi böyük qrant müsabiqəsində qalib gələn layihələr sırasındadır. Layihə çərçivəsində mina qurbanları ilə bağlı xarici ölkələrdə fotosərgilərin keçirilməsi və bu mövzuda veb-saytın hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, hazırkı layihə ötən il “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən mina qurbanları ilə həyata keçirilən “Təhlükənin kulMİNAsiya nöqtəsi” adlı fotolayihənin davamıdır. Adıçəkilən layihə zamanı mina və partlamamış hərbi sursatlardan zərər çəkən insanların fotoları çəkilib, həmin fotolar Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi meydanlarında, eləcə də Bakıda keçirilən COP29 tədbiri günlərində sərgilənib. Bundan əlavə, layihə çərçivəsində maarifləndirici vidoçarxlar və elektron fotokitab da hazırlanıb.

FacebookTwitterWhatsappTelegramEmail