78
Gilavar Foto Klubunun üzvləri Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyində olublar. Agentliyin yeni inzibati binasının ilk qonaqları fotoqraflar olub.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ilə səmimi ortam çərçivəsində maraqlı görüş keçirilib. Gilavar Foto Klubunun sədri Rəşad Mehdiyev qeyd edib ki, fotoqraflar və fotomüxbirlərlə bu cür görüş ilk dəfə keçirilir. Belə görüşlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur. Öz növbəsində Gilavar Foto Klubu Medianın İnkişafı Agentliyi ilə fotoqraflar arasında sıx baöların yaranması istiqamətində səylərini əsirgəməməyə çalışacaq.
Sonda isə xatirə şəkli çəkdirilib.