Warning: Undefined array key "header_data" in /home/u708019738/domains/gilavar.az/public_html/wp-content/themes/soledad/inc/builder/elements/pb_mobile_menu/front-end.php on line 2

Warning: Undefined array key "header_data" in /home/u708019738/domains/gilavar.az/public_html/wp-content/themes/soledad/inc/builder/elements/pb_logo_mobile/front-end.php on line 2
XƏBƏRLƏR

Naxçıvanda “Fotojurnalistika” mövzusunda təlimə yekun vurulub

A+A-
Sıfırla

Martın 7-də Naxçıvan Təlim Mərkəzi və “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə təşkil olunan “Fotojurnalistika” mövzusunda təlimə yekun vurulub.

Təlimin əsas məqsədi muxtar respublikada fotoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarını artırmaq, onların müasir fotojurnalistika trendləri ilə tanış olmalarına şərait yaratmaqdan ibarət idi.

Təlimin son günü iştirakçılar Ordubad rayonunda öyrəndikləri nəzəri bilikləri praktiki məşğələlərdə yerinə yetirib, ustad fotoqrafın tövsiyələrindən yararlanaraq, peşəkar yanaşma metodlarından istifadə ediblər. İlk olaraq təlim iştirakçıları rayonun Kotam kəndində olub, Zəngəzur dəhlizi istiqamətində yolu və bu tarixi anları fotolarda əbədiləşdiriblər. Qeyd olunub ki, bu dəhliz açıldıqda təkcə Naxçıvan blokadadan çıxmayacaq, eyni zamanda, yeni tarixi dövr başlayacaq.

Sonra təlim iştirakçıları Ordubad şəhərində Tarix-Diyarşünaslıq Muzeyi (Qeysəriyyə), Yusif Məmmədəliyevin ev muzeyi, M.S.Ordubadinin ev muzeyi, M.T.Sidqinin ev muzeyi, Ordubad mədrəsəsi, Buzxana binası, Məbəd abidəsi, Sərşəhər məhəlləsi (Məscid, Çinar, meydan kompleks şəkildə), Mingis məhəlləsi, Anbaras məhəlləsi, Ordubad hamamı, Təkeşiyi məscidi və Cümə məscidini lentə alıblar.

Təlimin sonunda təşkilatçılar tərəfindən iştirakçılara sertifikat təqdim olunub.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail