MÜSABİQƏLƏR

Spring Clicks 2019

A+A-
Sıfırla

Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazəsi ilə 3 ölkədə – Azərbaycan, Monteneqro və Makedoniyada dairəvi sistem üzrə keçirilən Spring Clicks 2019 adlı fotomüsabiqəyə 56 ölkədən 315 fotoqraf 4 mindən artıq foto təqdim edib. Sərbəst rəngli və sərbəst ağ-qara, səyahət və təbiət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya, Makedoniya və Monteneqrodan olan 9 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. 

Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 507 mükafata 208 fotoqraf, o cümlədən Azərbaycandan olan fotoqraflar Rəşad Mehdiyev, Kərim Abbasov, Ramil Zeynalov, Şahin Sərdarov, Aleksandr Firstov, Orxan Əzimov və Nadejda Cavadova layiq görülüb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 13 mükafat əldə olunub.

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR XƏBƏRLƏR

MƏLUMAT