MÜSABİQƏLƏR

The Vedic Circuit 2021

A+A-
Sıfırla

The Vedic Circuit 2021 adlı müsabiqəyə dünyanın 54 ölkəsindən 470 fotoqraf tərəfindən 6549 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, təbiət və səhayət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, İtaliya, Şri Lanka, Gürcüstan və Hindistandan olan 16 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 125 mükafata 38 ölkənin 90 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaşxılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan fotoqraflar Valeriy Xlızov 2 qızıl, 3 fəxri lent və 1 diplom , Teymur Məmmədov 1 fəxri lent və 1 diplom, Rəşad Mehdiyev isə fəxri lent qazanıb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 9 mükafat əldə olunub.

FacebookTwitterWhatsappTelegramEmail

DİGƏR XƏBƏRLƏR

MƏLUMAT