160
“Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) elan etdiyi “Xəzərim” fotomüsabiqəsi başa çatıb. Müsabiqədə qalib olmuş foto müəllifləri mükafatlandırılıb.
Yarışma ilə bağlı bütün təşkilati məsələləri, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarəti ASCO nümayəndəsinin iştirakı ilə Gilavar Foto Klubu həyata keçirib. Fotoqrafların işlərini Azərbaycan, İtaliya, Misir və Hindistandan olan 7 nəfərdən ibarət peşəkar münsif heyəti qiymətləndirib. Müsabiqənin şərtləri beynəlxalq foto təşkilatlarının qayda və prinsiplərinə uyğun təşkil olunub.
Qaliblərə mükafat, eləcə də ASCO və Gilavar Foto Klubu tərəfindən sertifikat təqdim olunub.