CƏMİYYƏT

Zəngilanda “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” keçirilib

A+A-
Sıfırla

24-25 iyun tarixlərində Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” keçirilib. Forumda ilk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub. Daha sonra Dövlət Himni səsləndirilib. Zəngilanda quruculuq və abadlıq işlərinə dair videoçarx nümayiş olunub.

Rəsmi açılış mərasimində çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva forumun “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində təşkil olunduğunu diqqətə çatdırıb, toplantıda 200-ə yaxın ictimai birliyin iştirak etdiyini qeyd edib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri barədə geniş təqdimatla çıxış edib, ilk dəfə azad edilmiş ərazilərdə QHT-lərin forumunun Zəngilanda keçirilməsini yüksək qiymətləndirib.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bidirib ki, “son dövrlər QHT-lər sahəsində ciddi dönüş, kəmiyyətdən keyfiyyətə əsaslı keçid baş verib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə QHT sektorunda dərinləşdirilən islahatların, yaradılan sağlam mühitin məntiqi nəticəsidir. QHT sektorunda təşəbbüskarlıq, ictimai nəzarət, hesabatlılıq, şəffaflıq, ixtisaslaşma xeyli dərəcədə yüksəlib. Bu gün cəmiyyət və dövlət həyatında elə bir prioritet sahə yoxdur ki, orada QHT-lər fəal olmasınlar”.

Forum panel müzakirələrlə 2 gün davam edib.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT