FOTOXƏBƏRLƏR

Azərbaycanlı fotoqrafın kitabı Roma Papasına hədiyyə edilib

A+A-
Sıfırla

Azərbaycanlı fotoqraf Etibar Cəfərovun “Azərbaycanda xristian irsi” adlı fotokitabı Roma Papası XIV Leoya hədiyyə edilib.

Fotokitab Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə işıq üzü görüb. Müəllif kitab üzərində üç ildən artıq müddətdə çalışaraq ölkənin müxtəlif yerlərində fəaliyyət göstərən dini məbədlərdə fotoçəkilişlər aparıb.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi Azərbaycandakı dini konfessiya nümayəndə heyəti Vatikanda səfərdədir.

FacebookTwitterWhatsappTelegramEmail