FOTOXƏBƏRLƏR

Tanınmış fotoqraf yola dağılmış yağ səbəbindən qəzaya düşdü – VİDEO

A+A-
Sıfırla

Fevralın 16-da tanınmış fotoqraf Elxan Qəniyev motosikletlə hərəkətdə olarkən yol qəzası keçirib. Hadisə Bakının Yasamal rayonu ərazisində baş verib. Qəzaya asfalt örtüyünə dağılmış mühərrik yağı səbəb olub.

Fotoqraf hadisə ilə bağlı bunları bildirib:

“Dünən baş verən avtomobil qəzasından sonra yolun üzəri tam şəkildə yağ içində qalıb. Bu gün əraziyə daxil olarkən sürüşərək yıxıldım. Xoşbəxtlikdən ciddi xəsarət almadım, nəqliyyat vasitəmə də zərər dəymədi. Lakin bu hal hər kəs üçün təhlükəlidir. Belə halların təkrarlanmaması üçün aidiyyəti qurumlar yol örtüyünə operativ nəzarət etməli, qəza sonrası ərazi dərhal təmizlənməlidir.”

E.Qəniyev media nümayəndələrini bu mövzuya həssas yanaşmağa çağırıb: “Bu məsələni ictimailəşdirməyə, diqqəti artırmağa çağırıram. Təhlükəsizlik hər kəs üçün önəmlidir”.

Həmin görüntüləri təqdim edirik:

FacebookTwitterWhatsappTelegramEmail