FOTOXƏBƏRLƏR

Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Səməni” fotomüsabiqəsi elan edilib

A+A-
Sıfırla

Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Xarı-Bülbül” Azərbaycan Mədəniyyət Evi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaqlar üçün “Səməni” adlı fotomüsabiqəsinə start verib.

Müsabiqənin məqsədi Novruz bayramı ilə bağlı ənənələri qoruyub saxlamaq, yaşatmaq, xaricdə yaşayan soydaşlarımızın milli-mədəni irsimizə marağını artırmaq və uşaqlar arasında yaradıcılığı təşviq etməkdir.

Müsabiqədə iştirak etmək istəyənlər səməni ilə çəkilən fotolarını adlarını və yaşadıqları ölkəni göstərməklə “Xarı-Bülbül” Azərbaycan Mədəniyyət Evinin “Instagram” hesabına mesajla göndərə bilərlər. Müsabiqənin nəticəsi 30 mart tarixində elan olunacaq, qalib sertifikat və hədiyyə ilə mükafatlandırılacaq.

Müsabiqəyə qeydiyyat 27 mart 2026-cı il tarixinə qədər davam edəcək.

Mənbə: Diasporla İş üzrə Dövlət Komitəsi

FacebookTwitterWhatsappTelegramEmail