FOTOXƏBƏRLƏR

“Gilavar Fotoqrafiya Məktəbi”nin məzunları “Kompozisiyanın əsasları” proqramına seçilib

A+A-
Sıfırla

Azərbaycan Kinematoqrafçılar İttifaqının fotoqrafiya və vizual hekayə sahəsinə maraq göstərən gənclər üçün təşkil etdiyi “Kompozisiyanın əsasları” adlı təlim proqramının seçim mərhələsi uğurla yekunlaşıb.

Seçim nəticələrinə əsasən, proqramda Şəhla Hüseynova, Zamin Cəfərov, Məhəmmədəli Cəlalzadə, Dinarə Qənbərli, Müzəffər İsrafilov, Sehrayyə Piriyeva və Vaqif Rəhimov iştirak hüququ qazanıb.

Təlim proqramı iştirakçıların fotoqrafiya və vizual hekayəçilik sahəsində nəzəri biliklərinin artırılmasını, eləcə də praktiki bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir. Bu təşəbbüs gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına və onların peşəkar inkişafına töhfə verməyi məqsəd qoyur.

Qeyd edək ki, Müzəffər İsrafilov və Vaqif Rəhimov “Gilavar Fotoqrafiya Məktəbi” təlim kursu layihəsinin məzunları, Zamin Cəfərov isə “Gilavar Foto Klubu” İctimai Birliyinin üzvüdür.

FacebookTwitterWhatsappTelegramEmail