Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu illərdir Azərbaycanda foto sənətinin inkişafına töhfə verir və təsisçilərin öz şəxsi vəsaitləri hesabına müxtəlif fotolayihələr, fotomüsabiqə və sərgilər təşkil edir.
Fotoqrafiyanın inkişafında daha çox fotolayihələrin həyata keçirilməsində, Azərbaycan Fotoqrafiya Evinin qurulmasında sizin də payınızın olmasını istəyirsinizsə, o zaman «Foto sənətinə ianə et» kampaniyasına qoşula bilərsiniz.
Bizə necə kömək edə bilərsən?
Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubunun büdcəsi fiziki və hüquqi şəxslərin ianələri, üzvlük haqları, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Korporativ və fərdi şəkildə pul, mal, məhsul ianə etmək, daşınan və daşınmaz əmlak bağışlamaq, əvəzsiz xidmət göstərməklə dəstək vermək mümkündür. Eyni zamanda, müxtəlif dövrlərə aid fotoaparatlar, fototexnikalar, fotoşəkillər, neqativlər, tarixi fotolar hədiyyə etməklə Azərbaycan Fotoqrafiya Muzeyi və Azərbaycan Fotoqrafiya Fondunu da zənginləşdirə bilərsiniz.
Pul şəklində ianəni necə edə bilərəm?
Pul şəklində ianələr kartla, bank köçürməsi, mobil tətbiq və ya ödəniş terminalları vasitəsi ilə mümkündür. İanə etmək istəyən fiziki və hüquqi şəxslərin rahatlığı üçün bank rekvizitlərini həm yazı şəklində, həm foto, həmçinin PDF formatında qeyd etmişik.
1063 AZN /100000 AZN
1 %