Əslən Quba rayonundan olan fotoqraf Rüstəm İsmayılov fotoaparatı və digər avadanlıqlarının olduğu çantasını itirdiyini bildirib.
Fotoqrafın sözlərinə görə, hadisə iyulun 10-da baş verib. O, həmin gün paytaxtdan Quba rayonuna gedib və içərisində peşəkar foto avadanlıqları olan tünd boz rəngli bel çantasını itirib.
Çantada Canon 5D Mark IV fotoaparatı, 85 mm f/1.2 və 35 mm f/1.4 obyektivlər, 4 ədəd yaddaş kartı, 3 ədəd microSD kart, 1 TB həcmində xarici sərt disk (hard disk), həmçinin JBL Charge 5 portativ dinamiki olub.
Rüstəm İsmayılov bildirib ki, hadisə ilə bağlı polisə müraciət etsə də, indiyədək avadanlıqları tapılmayıb.
“İtdiyi gün orada çox adamla danışmışam. Deyilənə görə, bir nəfər çantanı qapının ağzından götürüb. Mənim işim üçün həmin əşyaların hər biri çox önəmli idi. Təxminən 10-11 min manat dəyərində avadanlığım itib. Fotoaparat mənim qolum-qanadım idi. İndi isə onlarsız qalmışam”, — deyə fotoqraf bildirib.


