FOTOXƏBƏRLƏR

Azərbaycan Milli Elmlər Akademiyası fotoqraflarını mükafatlandırdı

A+A-
Sıfırla

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda bir qrup media nümayəndəsi mükafatlandırılıb. Mükafatlandırılanlar arasında AMEA-nın dörd fotoqrafı da var. Xaqani Rzaquliyev AMEA-nın yaxa nişanı, Kamran Bağırov, Rəşad Nəbiyev və Vüqar Abbaszadə isə Fəxri Fərmanla təltif ediliblər.

FacebookTwitterWhatsappTelegramEmail