7
12-22 avqust tarixlərində Macarıstanda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib. Yubiley tədbirində ölkəmizi “Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rauf Umudov təmsil edib.
Səfər çərçivəsində Rauf Umudov TÜRKSOY-un Baş katibi Sultan Raevlə görüşüb. Görüş zamanı Baş katibə Azərbaycanda fotoqrafiyanın 165 illiyinə həsr olunan xüsusi poçt markası və ilk gün zərfi təqdim edilib.
Sözügedən poçt markası “Gilavar Foto Klubu” İctimai Birliyinin təşəbbüsü ilə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC tərəfindən hazırlanıb. Markanın üzərində 1861-ci ildə Bakıda çəkilmiş ilk fotoşəkildən biri öz əksini tapıb.




