Sentyabrın 28-i Gilavar Foto Klubu ictimai birliyinin üzvlərinin ümumi yığıncağı keçirilib. İclasdan öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, eləcə də də 2022-ci il ərzində dünyasını dəyişən fotoqrafların xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Birliyin həmtəsisçisi Rəşad Mehdiyev iclası açaraq Birlik tərəfindən görülən işlər və gündəlikdəki məsələlər barədə məlumat verib. Birliyin İdarə Heyətinə yeni üzvlər seçilib. Daha sonra Birliyin strukturu təsdiqlənib. Yekunda qaldırılan məsələlər yekdilliklə qəbul olunub.
Ümumi yığıncağın qərarı ilə Gilavar Foto Klubu ictimai birliyinin İdarə Heyəti aşağıdakı heyətlə təsdiq edilib:
Rəşad Mehdiyev — İdarə Heyətinin sədri
Dilavər Nəcəfov — İdarə Heyətinin sədr müavini
Rauf Hacıyev — İdarə Heyətinin üzvü
Allahkərim Abbasov — İdarə Heyətinin üzvü
İsgəndər Qənbərov — İdarə Heyətinin üzvü
Elnur Abbasov — Nəzarət-Təftiş Komissiyasının üzvü