44
Gilavar Foto Klubu ictimai birliyi tərəfindən «Təhlükənin kulMİNAsiya nöqtəsi» adlı fotolayihənin icrası davam edir. Layihə çərçivəsində Birliyin çəkiliş qrupu azad olunan ərazilərə səfər edib.
Minaların aşkarlanması və çıxarılması prosesinin, onların zərərsizləşdirilməsi anlarının foto və videoçəkilişləri həyata keçirilib.
Qeyd edək ki, «Gilavar Foto Klubu» ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün elan etdiyi böyük qrant müsabiqəsinin «İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə» mövzusu üzrə qaliblərindən biridir.