XƏBƏRLƏR

Keniya prezidentinin qızı mina qurbanlarına həsr olunan sərgi ilə tanış olub

A+A-
Sıfırla

Noyabrın 20-də Keniya prezidentinin qızı, “SMACHS Foundation” təşkilatının qurucusu Şarlin Ruto (Charlene Ruto) COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Pavilyonunda olub.

Qonaq Ermənistanın mina çirkləndirilməsinə məruz qoyduğu Azərbaycan torpaqlarında minaya düşmüş şəxslərin fotosərgisi ilə tanış olub. “Düyməni sıxan ayaqlar” adlı fotosərgi ziyarətçilərdə dərin təəssürat yaradıb.

Qeyd edək ki, sərgidə nümayiş olunan fotolar “Gilavar Foto Klubu” ictimai birliyinin tərəfindən “Təhlükənin kulMİNAsiya nöqtəsi layihəsi çərçivəsində çəkilib. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT