İNFORMASİYA DƏSTƏYİ

27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qalibləri mükafatlandırılıb

A+A-
Sıfırla

Sentyabrın 26-da 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimi ilk dəfə olaraq Bakıda təşkil olunub.

Müsabiqədə 18 azərbaycanlı müxbir və operator 11 nominasiya üzrə qalib olub.

Müsabiqənin Azərbaycan üzrə qalibləri aşağıdakılardır.

Xəbər görüntüsü nominasiyası:

Birinci yer: “Real TV”, Elşad Heydərov

Özəl xəbər nominasiyası

Birinci yer: AZƏRTAC, İsgəndər Qəmbərov

İkinci yer: “Xəzər TV”, Vüsal Cəfərov

Reportaj nominasiyası:

Birinci yer: “İctimai TV”, Ceyhun Mustafayev

Sərbəst nominasiya:

Birinci yer: ARB TV, Aidə Zərgərova

Serial nominasiyası:

Birinci yer: ATV, Elvin Zeynalov

İkinci yer: ARB TV, Turan Novruzova

Aktual xəbər nominasiyası:

Birinci yer: ARB TV, Tacəddin Quliyev

Xəbər proqramı nominasiyası:

Birinci yer: “Xəzər TV”, Aslan Qarayev

Müsabiqədə Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin adına xüsusi mükafatlar da verilib:

Ağdam mükafatı — “Xəzər TV”, Lalə Azərtaş

Şuşa mükafatı — “Xəzər TV”, Lalə Azərtaş

Laçın mükafatı — “İctimai TV”, Anar Ağazadə

Kəlbəcər mükafatı — “Baku TV”, Elgün Hümbətov

Füzuli mükafatı — AzTV, Ramil Qocayev

Zəngilan mükafatı — ARB, Rasil Salehli.

Bundan başqa, Münsif mükafatı — “İctimai TV”-dən Ramin Mehdiyə, Türkiyə Xəbər Kameramanları Assosiasiyası mükafatı ARB TV-dən Kamilə Hüseynliyə, Türkiyə-Azərbaycan dostluq mükafatı Türkiyənin NTV telekanalından Esra Gezginciyə verilib.

1996-cı ildən bəri keçirilən “ZOOM” Beynəlxalqk Xəbər Görüntüləri Müsabiqəsi Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Sentyabrın 3-də İstanbulda Türkiyə və digər ölkələrdən müsabiqəyə verilən görüntüyə Türkiyə münsiflər heyətinin baxışı və səsverməsi baş tutub.

Müsabiqənin idarə heyətinin üzvləri sırasına Gilavar Foto Klubu ictimai birliyinin idarə heyətinin üzvü, Türkiyə Xəbər Operatorları Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi İsgəndər Qəmbərov da daxildir.

Qeyd edək ki, 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin informasiya tərəfdaşları arasında Gilavar Foto Klubu da yer alıb. Klub tədbirə fotoinformasiya dəstəyi verib. Tədbirə verdiyi dəstəyə görə Gilavar Foto Klubu ictimai birliyinin sədri Rəşad Mehdiyevə mükafat təqdim olunub.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT