FOTOXƏBƏRLƏR

“ASAN xidmət”in fotoqrafı yubiley medalı ilə təltif olunub

A+A-
Sıfırla

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində əməkdaşların təltif olunması ilə bağlı tədbir təşkil edilib.

Agentliyinin Aparatında və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşlar “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)” yubiley medalı, “Nümunəvi əməkdaş” döş nişanı və 2025-ci ildə xidməti fəaliyyətində fərqlənən əməkdaşlar təşəkkürnamə ilə təltif olunublar.

Mükafatlandırılanlar arasında “ASAN xidmət” mərkəzlərinin fotoqrafı Elnur Abdullayev də var. Fotoqraf Agentliyin yubiley medalı ilə təltif edilib.

FacebookTwitterWhatsappTelegramEmail