XƏBƏRLƏR

Azərbaycanda 2 beynəlxalq fotomüsabiqə keçirilir

A+A-
Sıfırla

Azərbaycanda Gilavar Foto Klubunun təşkilatı dəstəyi ilə iki beynəlxalq fotomüsabiqə başlayıb. Müsabiqələr Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazə ilə keçirilir.

Müsabiqələrin keçirilməsində məqsəd ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır.

Azerbaijan Photo Salon və Baku 2018 adlanan fotomüsabiqələrə dünyanın istənilən yerindən 16 yaşından yuxarı hər bir kəs iştirak edə bilər. Sərbəst rəngli və sərbəst ağ-qara, insan, səhayət, təbiət və fotojurnalistika mövzuları üzrə təqdim olunan fotolar yerli və xarici fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılacaqdır. Müsabiqənin ən yaxşılarına medallar və xüsusi lentlər təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaqdır.

Qeyd edək ki, Gilavar Foto Klubu 2017-ci ilin dekabr ayının 1-də tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyev tərəfindən yaradılıb. Klubun www.gilavar.net veb saytı və facebook sosial şəbəkəsində səhifəsi mövcuddur.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT