XƏBƏRLƏR

Azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının Rəssamı fəxri adına layiq görülüblər

A+A-
Sıfırla

Azərbaycanlı fotoqraflar, Gilavar Foto Klubunun həmsədri Rəşad Mehdiyev və Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nadejda Cavadova Beynəlxalq Foto Sənəti Federasiyasının Rəssamı (Artist FIAP) fəxri adına layiq görülüblər.

Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun fəxri adlarını əldə etmək üçün fotoqraflar xüsusi qaydalara əməl etməklə FIAP himayədarlığı altında dünyanın müxtəlif ölkələrində keçirilən fotomüsabiqələrdə iştirak etməli, onların təqdim etdiyi fotolar bədii və texniki ustalıq baxımından bəyənilməli və mükafatlar qazanmalıdır. Daha sonra FIAP Direktorlar Şurasının və bədii komissiyasının üzvlərinin böyük əksəriyyətinin səs çoxluğu və qərarı tələb olunur.

Rəşad Mehdiyevin 50-yə yaxın, Nadejda Cavadovanın isə 50-dən artıq fotosu müxtəlif ölkələrin salonlarında nümayiş etdirilib. Fotoqrafların hər biri 20-dən artıq beynəlxalq mükafatlara layiq görülüb.

Qeyd edək ki, buna qədər Azərbaycandan Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarına Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri İlqar Cəfərov layiq görülüb.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT