XƏBƏRLƏR

Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə münsif kimi çıxış edir

A+A-
Sıfırla

Gilavar Foto Klubunun da təşkilatı dəstəyi 3 ölkədə – Azərbaycan, Monteneqro və Makedoniyada dairəvi sistem üzrə daha bir beynəlxalq fotomüsabiqə başlayıb.

Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazəsi ilə keçirilən SPRING CLICKS CIRCUIT 2019 adlı fotomüsabiqədə dünyanın istənilən yerindən hər bir kəs iştirak edə bilər.

Sərbəst rəngli və sərbəst ağ-qara, səyahət və təbiət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya, Makedoniya və Monteneqrodan olan 9 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılacaq. Münsiflər sırasında AZƏRTAC-ın fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraflar İlqar Cəfərov və “İdman” qəzetinin fotomüxbiri Dilavər Nəcəfov da yer alıb.

Müsabiqənin ən yaxşıları medallar, xüsusi lentlər və diplomlarla mükafatlandırılacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaqdır. Ümumilikdə dörd nominasiya üzrə 507 mükafat təqdim olunacaq. Müsabiqə haqqında ətraflı məlumatı klubun www.gilavar.net veb saytından əldə etmək mümkündür.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT