Azərbaycanda Gilavar Foto Klubunun təşkilatı dəstəyi ilə keçirilən daha bir beynəlxalq fotomüsabiqəyə yekun vurulub.
Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinın (PSA) xüsusi icazə ilə keçirilən BAKU 2018 adlı fotomüsabiqəyə 56 ölkədən 329 fotoqraf 5 min 741 foto təqdim edib. Sərbəst rəngli və sərbəst ağ-qara, insanlar, səhayət və təbiət mövzuları üzrə təqdim olunan fotolar 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.
Ümumilikdə beş nominasiya üzrə təqdim olunan 216 mükafata 51 ölkənin 151 fotoqrafı, o cümlədən Azərbaycandan olan fotoqraflar Kərim Abbasov, Orxan Əzimov, Ramil Zeynalov və Nadejda Cavadova layiq görülüb. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaqdır.
Qeyd edək ki, Gilavar Foto Klubunun da iştirakı ilə 3 ölkədə — Azərbaycan, Makenoya və Montoneqroda Autumn 2018 adlı dairəvi beynəlxalq fotomüsabiqə həyata keçirilir və bu müsabiqəyə oktyabr ayında yekun vurulacaq.