XƏBƏRLƏR

Azərbaycanlı fotoqraflar dünyada 14-cü oldular, 1 mükafat qazandılar

A+A-
Sıfırla

Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə iki ildə bir dəfə baş tutan “28-ci FIAP Rəngli Biennal” adlı beynəlxalq fotomüsabiqə keçirilib.

Cari ilin yanvar-mart aylarında FIAP-ın himayədarlığı altında İspaniyada keçirilən federasiyalararası fotomüsabiqənin nəticələri məlum olub. Müsabiqəyə dünyanın 45 ölkəsindən 1118 foto təqdim olunub. Qaydalara görə, hər bir ölkə (federasiya) özünün təyin etdiyi mövzular üzrə yalnız rəngli olmaq şərti ilə iki kateqoriyada – rəqəmsal şəkildə 20, çap şəklində isə 10 foto təqdim edə bilərdi.

Qiymətləndirmə prosesi fotoların fərdi və ümümi qrup şəklində olmaqla iki mərhələdə aparılıb. Ən çox bal toplayan federasiyaya FIAP-ın kuboku, iki, üç və dördürcü yerlərə isə müvafiq olaraq FIAP-ın qızıl, gümüş və bürünc medalları təqdim olunacaq. 5-10-cu yerlərin sahibləri isə FIAP-ın xüsusi lentlərini qazanır. Eyni zamanda, hər federasiyada birinci yerdə qərarlaşan müəlliflərə xüsusi mükafatlar təqdim ediləcək. Fərdi şəkildə olan qiymətləndirmə zamanı hər kateqoriya üzrə ən yüksək bal toplayan müəlliflər isə Beynəlxalq Foto Sənəti Federasiyası və Kataloniya Fotoqrafiya Federasiyasının medallarını əldə edəcəklər. Yarışmanın hər bir iştirakçısına PDF və çap şəklində müsabiqənin kataloqu göndəriləcək. Mükafatlandırma mərasiminin bu ilin noyabr ayının 2-də Andorrada keçirilməsi nəzərdə tutulur.

Azərbaycanı ilk dəfə bu yarışmada 22 fotoqrafla ArtFaktor Foto Agentliyi təmsil edib. Əksəriyyəti Gilavar Foto Klubunun, eləcə də Azərbaycan Fotoqraflar Birliyinin üzvlərindən ibarət peşəkar fotoqraflar tərəfindən idman (rəqəmsal) və uşaqlar (çap) mövzuları üzrə 30 foto təqdim edilib. Çap və rəqəmsal fotoların fərdi qiymətləndirməsi zamanı həmyerlilərimiz müvafiq olaraq 102 və 226 bal toplayıblar. Fərdi qiymətləndirmədə Ramil Zeynalovun “Mən qalibəm” (“I am winner”) fotosu Kataloniya Fotoqrafiya Federasiyasının mükafatını qazanıb. Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə 14-cü yerə layiq görülüblər.

Qeyd edək ki, Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Hazırda Azərbaycanda FIAP-ın fəxri adlarına layiq görülən 3 fotoqraf var.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT