XƏBƏRLƏR

Azərbaycanlı fotoqraflar Hindistan fotoklubunun “Fəxri üzv”ü adına layiq görülüblər

A+A-
Sıfırla

Ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə və sərgilərdə iştirak etmələrinə dəstək vermək və Azərbaycanı dünyada fotolar vasitəsi ilə tanıtmaq məqsədilə Gilavar Foto Klubu tərəfindən bu istiqamətdə davamlı olaraq addımlar atılır. Klub tərəfindən beynəlxalq foto təşkilatlar, xarici fotoklublar ilə əlaqələr qurulur, birgə foto layihələr keçirilir.

Xarici fotoklublarla əldə olunan razışmalar çərçivəsində üç azərbaycanlı fotoqraf beynəlxalq fəxri adlar əldə edib. Belə ki, fotoqraflar Allahkərim Abbasov, Nurlan Tahirli və Aleksandr Firstov Hindistanın Green Go fotoklubunun “Fəxri üzv”ü (Honorary Fellowship) adına layiq görülüblər.

Qeyd edək ki, hər üç fotoqraf eyni zamanda dünyada UNESKO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatı olan Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının fəxri adlarına malikdilər və beynəlxalq fotomüsabiqələrdə münsif qismində çıxış edirlər.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT